“Yetim kiçik sahibkar neyləsin, acından ölsün?” – Deputat sərt danışdıbackend

"Yetim kiçik sahibkar neyləsin, acından ölsün?" - Deputat sərt danışdı

Azərbaycanda pandemiyaya görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalara gedilir. Bu həftədə də növbəti yumşalmaların olması gözlənilir. Belə olan təqdirdə iri ticarət mərkəzləri açıla bilərmi?

Bununla bağlı KONKRET.az -a danışan deputat Razi Nurullayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı da etiraf etməyə başlayıb ki, sərt karantin rejimi, insanların evlərə qapadılması, məktəblərin, parkların, ticarət obyektlərinin bağlanması xəstəliklərin artmasında və azalmasında əsaslı rol oynamır:

“Sadəcə, hər kəs özünü qorumaq üçün şəxsi məsuliyyət daşımalıdır və virusla yaşamağı öyrənməlidir. Onun üçün də insanların kütləvi işlədiyi obyektlərin qapadılması sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb. İri ticarət obyektlərində gizli fəaliyyətin göstərilməsi əlacsızlığın təzahürüdür. Elə obyektlər var ki, sahibkar kirayə pulunun ödənilməsində güzəşt etmir. Bəs, o yetim kiçik sahibkar neyləsin? Acından ölsün? İri ticarət obyektlərinin açılması vacibdir. Xəbərdaredici və qoruyucu tədbirlərin sərt şəkildə həyata keçirilməsi əlaqədar orqanların və sahibkarın vəzifə borcudur”.

Nərgiz Mirzəyeva

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*