Yevlaxda baş vermiş ağır avtoqəzada ölən şəxslərdən birinin kimliyi müəyyən edilib.
KONKRET.AZ apa-ya istinadən bildirir ki, bu, 1975-ci il təvəllüdlü Goranboy rayon sakini Cəlal Rüstəmovdur. Həyatını itirən digər şəxslərin də kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, yol qəzası zamanı “Hyundai” markalı yük maşını ilə “Mitsubishi” markalı minik maşını toqquşub.
***
Saat 18:59
Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yevlax rayonu, Qaraməmmədli kəndi yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.