Bir ailənin beş üzvü dəm qazından zəhərləndi – VİDEObackend

Bir ailənin beş üzvü dəm qazından zəhərləndi - VİDEO

Yevlaxda beş nəfər dəm qazından zəhərlənib. Onlar bir ailənin üzvləri olublar.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nüşabə küçəsi 11 ünvanında baş verib.

Zərərçəkənlər təcili yardım briqadası ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ailənin üzvü bildirib ki, qaz içəri dolub, xəbərləri olmayıb:

“Gecə saatlarında böyük nəvəm su istədi. Su içdiyi vaxt anası gördü ki, uşaq yıxılır. Uşaqdan sonra digər nəvəm, gəlinim, yoldaşım, ən axırda da mənim halım pisləşdi”.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*