Yevlaxda mübahisə qətl ilə nəticələnibbackend

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.

KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax şəhər ərazisində qeydə alınıb.

1962-ci il təvəllüdlü Mirzəyev İlham Məmmədiyyə oğlu, 1978-ci il təvəllüdlü həmyerlisi Kərimov Habil Kərim oğlunu bıçaqlayıb.

Aldığı xəsarətlər nəticəsində Habil Kərimov həyatını itirib.

Qətli törətməkdə şübhəli bilinən İlham Mirzəyev Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlumata görə, hadisə baş verən zaman şübhəli şəxs sərxoş vəziyyətdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*