Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?backend

Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?

Son günlər ölkə ərazisində əsən güclü küləklər nəticəsində bəzi avtomobil yollarında irigövdəli ağacların təhlükə yaratdığı müşahidə olunur.

KONKRET.az xəbər verir ki, belə yollardan biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsidir.

Belə ki, ərazidə ağacların qırılmış budaqları yolun hərəkət hissəsində asılı vəziyyətdə qalıb. Bu isə növbəti güclü külək nəticəsində real təhlükədən xəbər verir.

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Oğuzda avtomobil yollarının kənarında təhlükə yaradan ağacların budanılmasına razılıq verilib.

Daha ətraflı baku TV-nin materialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*