Yol polisi İsmayıllıda reyd keçirdi, cərimələnənlər var – Fotolarbackend

Yol polisi reyd keçirdi, cərimələnənlər var 

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*