backend

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
KONKRET.az -ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, bir çox hallarda rayonlararası yollarda hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, sürücülər yuxusuz vəziyyətdə yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

R.Quliyev profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiklərini vurğulayıb: “Hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduqda postlarda avtomobillərini saxlayıb bu otaqlardan istifadə edə bilər. Bu, qəzaların sayının azalması baxımından mühüm rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*