Yol polisindən qaçan sürücünün videosuna DYP-dən AÇIQLAMA – VİDEObackend

Yol polisindən qaçan sürücünün videosuna DYP-dən AÇIQLAMA - VİDEO

Paytaxt Bakı və digər şəhərlərdə yol hərəkət qaydalarını pozduqdan sonra DYP əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücülərə tez-tez rast gəlinir.

Bu sürücülər əslində məsuliyyətdən yayınmaqla yanaşı həm öz, həm də avtomobildə olan digər şəxslərin də həyatını təhlükəyə atmış olurlar.

Belə hallardan biri ötən gün yenə qeydə alınıb və sürücüyə avtomobildəki şəxslər da dayanması barədə xahiş edib. Sosial şəbəkədə yayılan görüntülər geniş müzakirəyə çevrilib.

Bəs, Yol Patrul Xidməti əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücüləri hansı cəza gözləyir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

KONKRET.az xəbər verir ki, idarənin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirdi ki, bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmasına dair tələbini yerinə yetirməməsi hallarına rast gəlinir və belə hallar daha sonra polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamaq hallarına gətirib çıxarır:

“Mövcud vəziyyət yollarda sürücülər və hətəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Yol polisinin əmrinə tabe olmayan sürücü İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə edilir və 4 cərimə balı tərtib olunur.

Sürücülərə bir daha müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özləri və ətrafındakı insanları təhlükəyə atmasınlar, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*