Yol qəzasında 1 nəfər xəsarət aldıbackend

Yol qəzasında 1 nəfər xəsarət aldı

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində baş verib.

Belə ki, “Dodge” markalı 10 HL 222 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı 90 LR 871 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Hadisə nəticəsində “Mersedes”də olan 1 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alan şəxs təcili yardım avtomobili ilə Sumqayıt təcili tibbi yardım xəstəxanasına aparılıb.

Araşdırmalar aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*