Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldübackend

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

İsmayıllı rayonunda ölümlə nəticələn hadisə baş verib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda Körpü-Bina-Tikinti MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.

Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*