
Yeni ilin gəlişi ilə bağlı yolka bəzəməyi dini səbəblərlə bağlamaq düzgün deyil. Bu, sağlamlıq baxımından çox yaxşı vasitədir. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini İbrahimjon İnomov bu barədə UzA saytında dərc olunan məqaləsində yazıb.
Onun fikrincə, yolkada olan ladin bir çox faydalı cəhətlərə malikdir. Sözsüz ki, söhbət canlı şam ağacından gedir:
“Məsələn, ladinin tərkibində çox miqdarda efir yağları, şəkər, mum və üzvi turşular var. Yolkanın budaqlarından sidikqovucu, ifrazat və həzm təsiri olan bir şəfalı bulyon edə bilərsiniz. Bu mülahizələrə əsasən, uşaqların yolkaya yaxınlaşması, ətrafında oynamaları sağlamlıqları baxımından çox vacibdir. Yolkada müxtəlif oyuncaqlar və şirniyyatlar asılır ki, bu da balacaların əhval-ruhiyyəsinə ciddi şəkildə müsbət təsir göstərir”.
Xatırladaq ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Şeyx Əbdüləziz Mənsur UzA-ya verdiyi müsahibədə müsəlmanların 1 yanvarı yeni təqvim ilinin başlanğıcı (Gregorian təqviminə görə) kimi qeyd etməsini İsa peyğəmbərin doğum günü və ya digər dini inanclarla əlaqələndirmişdi. Bunun isə şəriətə zidd olduğunu demişdi. Alimin bu fikri Özbəkistan cəmiyyətində qızğın müzakirələrə səbəb olmuşdu.