Yoluxma sayı pik həddə çatdı – VİDEObackend

Yoluxma sayı pik həddə çatdı - VİDEO

Son günlər Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. İnsanların bir qismi bunu karantin qaydalarında tətbiq olunan yumşalmalarla, digərləri isə mövsümlə əlaqələndirirlər. Belə ki, gündəlik yoluxma hallarına nəzər salsaq, görərik ki, virusa yoluxanların sayı artıq 1000-i keçib.

Epidemioloji zəncirin qırılması üçün əhalinin müəyyən hissəsinin tam vaksinləşməsi vacib şərtlərdən biridir. İndiki ştammları nəzərə alsaq bu əhalinin 80 faizini əhatə etməlidir. Statistik göstəricilərə görə ölkədə 5 milyondan çox insan peyvənd olunub. Təxminən 2 milyon insan isə vaksinin hər iki dozasını qəbul edib.

KONKRET.az-ın məlumatına əsasən, delta ştammının təhlükəsindən danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov REAL TV-yə açıqlamasında bildirib ki, əvvəlki növlərlə müqayisədə bu ştammda inkubasiya (gizli) dövrü daha qısa olur.

Onun sözlərinə görə, payız aylarında koronavirus infeksiyasına yoluxma halında kəskin artımın olması istisna edilməyəcək. Buna səbəb isə insanların qapalı məkanlarda daha çox toplaşmasıdır.

Koronavirusla mübarizə aparmağın yeganə yolu yalnız peyvənddir.

Xatırladaq ki, koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətli olmalı, pandemiya şərtlərinə əməl etməlidir

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*