Şəkidə yük avtomobilində yanğın olub.
KONKRET.az xəbır verir ki, hadisə axşam saatlarında rayonun Öyrət kənd ərazisində qeydə alınıb.
Belə ki, 1991-cü il təvəllüdlü Qaracayev Murtuzəli Əmircan oğluna məxsus “Renault” markalı yük avtomobilində yanğın baş verib. Yanğın yerinə yangınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı yük avtomobilinin şinləri yanıb.
Faktla baglı araşdırma aparılır.