TƏBİB-dən verilən məlumata görə, 01.07.2025-ci il saat 18:00 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bildirilib ki, 1978-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin sıyrıqları, 1989-cu il təvəllüdlü şəxsə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib.
1978-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1989-cu il təvəllüdlü şəxs isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.