Yüksək vəzifə verilən Nazim Mahmudov kimdir? – DOSYEbackend

Yüksək vəzifə verilən Nazim Mahmudov kimdir? - DOSYE

Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov təyin edilib.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, Nazim Mahmudov 22 mart 1980-ci ildə anadan olub.

O, 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya ixtisasını bakalavr pilləsi üzrə, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universistetinin maliyyə və kredit ixtisası magistr pilləsi üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə başlayıb.

2002-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində mühəndis, baş məsləhətçi, 2006-2012-ci illərdə Aparatın Ekoloji təbliğat şöbəsində məsləhətçi, sektor müdiri əvəzi, 2012-2015-ci illərdə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində baş məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə Nazirliyin Ekoloji təbliğat şöbəsinin məsləhətçisi vəzifəsini icra edib.

N.Mahmudov 2018-ci ildən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 16 aprel 2021-ci il tarixdən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsini icra edir.

23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini Rafiq Verdiyevə həvalə olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*