“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
KONKRET.az xəbər verir ki, Eldar Eyvazov ADY-nin Risklərin idarə edilməsi şöbəsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, E.Eyvazov buna qədər “PAŞA Sığorta” ASC-də Əməliyyat Risklərinin İdarəedilməsi şöbəsinin rəhbəri kimi çalışıb. Bundan başqa o, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İxracın təşviqi departamentinin direktor müavini, “Azərsun Holdinq” MMC, “AccessBank”, “Bank Respublika”da müxtəlif vəzifələrdə çalışıb. Həmçinin o, Yüksəliş Müsabiqəsinin finalçısıdır.
(valyuta.az)
