Yuliya Timoşenko koronavirusdan sağaldıbackend

Yuliya Timoşenko koronavirusdan sağaldı

Ukraynalı siyasətçi, Batkivşina partiyasının lideri Yuliya Timoşenko koronavirusdan qurtulub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı onun mətbuat katibi Marina Soroka söyləyib.

“Yuliya Vladimirovna COVID-19 üçün mənfi test nəticəsi aldı. Koronavirus aradan qaldırıldı. Özünü çox yaxşı hiss edir. İndiyə qədər sətəlcəm qalır, amma müalicə yaxşı gedir və tezliklə normal həyata və işinə dönəcək” deyə Soroka “Facebook”da yazıb.

Timoşenkonun koronavirus xəstəliyi 23 avqustda məlum olub. Siyasətçinin vəziyyətinin ağır olduğu bildirilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*