Diyetoloq Vanessa Giglio, təzə yumurtaların maksimum saxlanma müddətinin bir ay olduğunu, lakin bunun üçün müəyyən qaydalara riayət edilməsinin vacib olduğunu bildirib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, terra nəşrinə verdiyi müsahibədə Giglio qeyd edib ki, yumurtalar qabığı zədələnmədən və kəskin qoxusu olan digər qidalarla təmasda olmadan düzgün saxlanarsa, soyuducuda 21-30 gün ərzində təzə qala bilər.
O, həmçinin vurğulayıb ki, yumurtalar soyuducunun qapısında deyil, daxili rəfində, öz qablaşdırmasında və ya qapalı qablarda saxlanmalıdır. Giglio əlavə edib ki, ay ərzində yumurtaların qabığının bütövlüyü mütəmadi yoxlanmalı, əgər xoşagəlməz qoxu varsa, rəngi və görünüşü dəyişibsə, yaxud qabığında çatlar meydana gəlibsə, həmin yumurtalardan istifadə edilməməlidir.