Yunan jurnalist Türkiyədə gördüklərindən sonra öz ölkəsindən utandıbackend

Yunan jurnalist Türkiyədə gördüklərindən sonra öz ölkəsindən utandı

 

“Alman Bild” qəzetinin Yunanıstan müxbiri Liana Spyropoulou Türkiyədəki qaçqın düşərgələrinin mükəmməlliyini gördüyü zaman ölkəsindəki vəziyyətdən utanc duyduğunu ifadə ediB.

Alman Bild qəzetinin Yunanıstan müxbiri Liana Spyropoulou Yunanıstan və Türkiyədəki qaçqın düşərgələrini müqayisə etdiyi yazısında gördüyü mənzərə qarşısında çox təəccübləndiyini, Türkiyədəki qaçqın düşərgələrinin Yunanistandakı düşərgələrdən min qat daha yaxşı vəziyyətdə olduğunu və daha insani bir şəkildə yaradıldığını ifadə edib.

Türkiyədə Altınözü və Kilisdeki qaçqın düşərgələrini gəzdikdən sonra bunu Bild qəzetində işıqlandıran jurnalist bildirib ki, “Türkiyədə mənim hökumətimin, mənim Yunanistanımın qaçqınlarla necə qeyri insani bir oyun oynadığını, yazıq və müdafiəsiz insanların arxasından necə siyasət yeridildiyini gördüm.”

2015-ci ildə başlayan qaçqın böhranından bəri Yunanıstandakı düşərgələrdəki vəziyyətdən utandığını söyləyən Spyropoulounun sözlərinə görə, bu günə qədər qaçqınların yatacaq yerləri belə olmadığı üçün aylarca torpağın üzərində yatmalarından, açıq havada odla yemək bişirmək məcburiyyətində qalmalarından və uşaqların müdafiəsiz olmasından Aİ və BMT məsuliyyət daşıyır.

Yunanistandakı qurumların qaçqınların ehtiyaclarını yalnız Aİ-dən sifariş etməli olduğunu, lakin bunu belə etmədiklərini qeyd edən yunan jurnalist ölkəsinin qaçqınların şimaldakı ölkələrə getmələrimi yoxsa Aİ-dən daha çox pul göndərilməsini istədikləri üçünmü bunu etdiyi sualına cavab axtarır.

Türkiyədəki düşərgələri gördüyü zaman gözlərinə inana bilmədiyini vurğulayan Liana Spyropoulou Türkiyədəki qaçqın düşərgələrinin Yunanıstandakı düşərgələrlə müqayisədə beş ulduzlu otel kimi olduqlarını ifadə edib.

Yazısında bəzi müqayisələr verən jurnalist bildirib ki, Yunanıstandakı düşərgələrdə sanitar qovşaq və hamamlar ümumidir, zibildən addım atmaq olmur, insanlar pis hava şəraitinə qarşı müdafiəsiz bir şəkildə yerlərdə yatır. Altınözü və Kilisdə isə qaçqınların konteyner evlərdə özlərinə aid sanitar qovşaq, hamam və mətbəxləri var, hər yer tərtəmizdir, hətta ətrafın yaşıllaşdırılması işləri aparılıb.

Yunanıstandakı bəzi düşərgələrdə uşaqlar üçün təhsil almaq imkanının olmadığına diqqət çəkən jurnalist uşaqların da çirkli yerlərdə oynadıqlarını, Altınözü və Kilisdə isə uşaq bağçası, məktəb və hətta böyük bir kitabxananın olduğunu söyləyib.

L.Spyropoulounun sözlərinə görə, ölkəsindəki düşərgələrdə təhlükəsizlik tədbirləri alınmır, yemək üçün 3-4 saat növbə olur və qeydiyyata alınanlar üçün ayda 90 avro verilir:

“Türkiyədəki düşərgələrdə isə barmaq iziylə giriş çıxış edilir, təhlükəsizlik yüksək səviyyədədir, qaçqınlar öz yeməklərini bişirmək imkanına malikdir və adambaşına 100 avro ödənilir. Türkiyədəki qaçqınların bəziləri hətta iş tapıb çalışır.

Yunanıstan 65 mindən daha az qaçqına sığınacaq vermək məsələsində müvəffəqiyyətsiz olduğu halda Türkiyədə üç milyon qaçqın olmasına baxmayaraq müvəffəqiyyətli olması ölkəm adına utanc vericidir. Bir yunanlı olaraq utanıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*