Yunanıstan vədinə XİLAF ÇIXDI: Aİ-nin Türkiyəyə dəstək çağırışı CAVABSIZ QALDIbackend

Yunanıstan vədinə XİLAF ÇIXDI: Aİ-nin Türkiyəyə dəstək çağırışı CAVABSIZ QALDI

Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi üçün yardıma hazır olduqlarını bildirən Yunanıstan hökuməti öz vədinə xilaf çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Bildirilib ki, yardım fəaliyyətini idarə edən Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin çağırışına Yunanıstan hökuməti tərəfindən heç bir cavab verilməyib.

Xatırladaq ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias iyunun 29-da həmkarı Mövlud Çavuşoğluna zəng edərək, yanğınla mübarizə üçün dəstək verməyə hazır olduqlarını söyləmişdi. Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*