İzmirdən gəmi ilə qeyri-qanuni yolla Yunanıstana qaçmaq istəyən 38 FETÖ üzvü saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Saxlanılan şəxslər arasında keçmiş zabit, polis, müəllim, həkim və vəkillər də olub.
Şübhəli şəxsərin verdiyi ifadələrə əsasən, 14-nün “FETÖ-ya üzv olma” ittihamı ilə axtarışda olduğu, 24-nün isə eyni ittihamla məhkəmələrinin davam etdiyi aydınlaşıb.
Qeyd edək ki, şübhəli şəxslərdən 26-sı barədə həbs qətimkan tədbiri seçilib.