Yunanıstanda Atatürkün evinə hücum edildibackend

Yunanıstanda Atatürkün evinə hücum edildi

Selanikdə Mustafa Kamal Atatürkün evinə hücum edilib.

 KONKRET.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Sözçü deyib ki, Yunanıstanda anarxist qruplar bu gün saat 10:00-da Selankdəki baş konsulluğun yerləşdiyi ərazidə Atatürk evində tədbir keçirməyə cəhd ediblər.

Hami Aksoy əlavə edib ki, türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan Atatürk Evinə zərər vura bilməyiblər: “Yunanıstan polisi anarxist qrupları konsulluğun həyətindən çıxarmağı bacarıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizə həqarət edənlərin cəzalandırılmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*