Yunanıstanın Ermənistanla iş birliyi Türkiyə və Azərbaycanın əleyhinədirbackend

Yunanıstanın Ermənistanla iş birliyi Türkiyə və Azərbaycanın əleyhinədir - POLİTOLOQ

“Türkiyə artıq Yaxın Orta və Şərqdə siyasi hərbi hərəkətliyi ilə müəyyən uğurlara imza atdı”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, bu da Aralıq dənizi bölgəsində Ankaranın öz mövqeyini möhkəmləndirməsinə gətirib çıxarır:

“Aralıq dənizinin şərq hissəsində 2 il bundan əvvəl qaz yataqları tapıldı. Bu ərazilər əlbəttə ki, Türkiyənin ərazi sularına daxildir. Şimal Kipr Türk Respublikası ilə birlikdə Türkiyə bu ərazilərdə  beynəlxalq hüquq çərçivəsində tam hüquqa sahibdir. Yunanıstanın Aralıq dənizində hərbi toqquşmaya gedəcək bir addım atması regionda böyük müharibəyə səbəb ola bilər. Bu da Yunanıstanın məğlubiyyəti deməkdir. Hazırda Aralıq dənizində siyasi proseslər çox istidir. Tərəflərin NATO çərçivəsində  müttəfiq olmasına baxmayaraq hərbi toqquşmalara getməsi müəyyən gərginliyə səbəb olur. Bir neçə gün öncə Yunanıstanın Melis adasına hərbiçiləri göndərməsi və Lodos adasından hərbiçiləri çıxarması Türkiyə ilə keçən dövrdə bağlanan müqavilələrə ziddir” .

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Yunanıstan əldə olunan sazişlərin ziddinə gedərək Türkiyəyə qarşı hərbi hərəkətlərə yol verir:

“Yunanıstanı dəstəkləyən dövlətlər Fransa və Almaniyadır. Onların Türkiyəyə qarşı bu addımı məğlubiyyətlə nəticələnəcək. Bu prsoseslərdə Azərbaycan Türkiyənin haqlı mövqeyi dəstəkləyir. Çünki Türkiyə Azərbaycana qardaş olan müttəfiq dövlətdir. Məhz ötən gün Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edən ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın Türkiyənin yanında olması ilə bağlı ciddi məsajlar verməsi Azərbaycan-Türkiyə arasındakı təbii müttəfiqliyin bariz nümunəsidir. Çünki Türkiyə Tovuz döyüşlərində bütün parametrlərlə Azərbaycanın yanında oldu. Azərbaycan da indiki vəziyyətdə Türkiyənin yanındadır. Bu açıq və net məsajı Yunanıstan tərəfinə verməsi rəsmi Bakının mövqeyini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlər regionda ciddi narahatlıq yaradır. İmkan verilməməlidir ki, bu, Türkiyə-Azərbaycan münasibətlərinə təsir etsin. Yunanıstanın Ermənistanla iş birliyi Türkiyə və Azərbaycanın əleyhinədir. Son aylar Yunanıstanın hərbi nümayəndələrinin ciddi səfərləri olub. Göründüyü kimi Ermənistan-Yunanıstan arasında münasibət Azərbaycanı narahat edir. Aralıq dənizində olanlar Azərbaycanı da narahat edir. Çünki Azərbaycana yaxın regiondur. Türkiyənin cənubi Qafqazda güclənməsi bizim üçün təhlükəsizlik baxımından önəmlidir. Düşünürəm ki, Bakı-Ankara siyasi platforması inkişaf edəcək. Prezident İlham Əliyevin bu yöndə siyasəti çox uğurlu olmaqla yanaşı, region təhlükəsizliyi üçün də çox önəmlidir. Fikrimcə, Bakı-Ankara mütəffiqliyi bundan sonra da yeni geosiyasi açılımlara imza atacaq”.

Nərgiz Mirzəyeva       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*