Yür kürəsində hər kəsin peyvənd almasına dörd-beş il vaxt lazımdır – EKSPERTbackend

Yür kürəsində hər kəsin peyvənd almasına dörd-beş il vaxt lazımdır - EKSPERT

Dünyanın ən böyük peyvənd şirkətlərindən biri olan Hindistanın Serum İnstitutunun rəhbəri Adar Punavalla COVID-19-a qarşı peyvənd çatışmazlığının dünyada ən azı 2024-cü ilin sonuna qədər davam edəcəyinə inanır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Bu planetdə hər kəsin peyvənd edilməsi üçün dörd-beş il vaxt lazımdır”. Punavalla belə deyib.

O, bütün insanları pevənd etmək üçün ümumilikdə 15 milyard peyvəndə ehtiyac duyulacağını da əlavə edib.

“Dünyanın bu mövzuda nikbin olmaq istədiyini bilirəm, amma indiyə qədər heç kimin bu səviyyəyə yaxınlaşdığını eşitməmişəm” deyən ekspert, bu anda peyvənd şirkətlərinin öhdəliklərinin çox olduğunu söyləyib.

Hindistanın Serum İnstitutu, AstraZeneca və Novavax da daxil olmaqla beş beynəlxalq dərman şirkəti ilə ortaq şəkildə COVID-19-a qarşı bir peyvənd hazırlayır.

Şirkət, yarısı Hindistandakı insanlar üçün olan bir milyard doz peyvənd istehsal etmək niyyətindədir. Bundan əlavə, institut həm də Sputnik V peyvənd istehsalı üçün Rusiya şirkəti ilə ortaq ola bilər.

Hindistanda üç koronavirus peyvəndi sınaqdan keçirilir. Bharat Biotech və Zydus Cadila şirkətləri Covaxin və ZycovD adlı peyvəndlər üçün sınaqların ikinci mərhələsini həyata keçirirlər.

Digər bir şirkət olan Hindistanın Serum İnstitutu 17 tibb mərkəzində Oxford Universitetində hazırlanan ChAdOx1 koronavirus peyvəndinin II mərhələdə sınaqlarını aparır və üçüncüsünə hazırlaşır. Burada 1,6 min nəfərin iştirak edəcəyi gözlənilir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*