Zakaryan: “Nikol Əliyevə elə imkanlar verib ki…”backend

Zakaryan: "Nikol Əliyevə elə imkanlar verib ki..."

“Nikol öz daxili və xarici sui-qəsdləri ilə planlı şəkildə Əliyevə kifayət qədər siyasi, diplomatik, hərbi və təbliğat imkanları verib. Azərbaycan Prezidenti məhz bu imkanlardan istifadə edərək Qarabağı ermənilərdən tamamilə boşalda bilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Artak Zakaryan yazıb.

O daha sonra fikrini belə davam etdirib: “Növbə Ermənistanın və erməni xalqının kollektiv gələcəyidir. İndi Nikol hər şeyi edir ki, Türkiyə ilk və əlverişli geosiyasi fürsətdə Ermənistanı yeni soyqırıma və etnik təmizləməyə məruz qoymaq imkanı əldə etsin.

Serj Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyanın hakimiyyəti illərində “erməni soyqırımı”nın tanınması və pislənməsi ilə bağlı beynəlxalq hay-küydən qaçan və özünü müdafiə edən Türkiyə bu gün erməni amilini, erməni faktorunu aradan qaldırmaq üçün imkanlar və yollar axtarır.

Nikol bütün bunları yaxşı bilir. Xarici maraqların kəsişdiyi dövlətlərdə hakimiyyət xaricdən dəstək almamalıdır. Bu baxımdan ölkəmizin taleyini xarici qüvvələrə xidmət edən siyasi fiqurlara həvalə etmək olmaz. Onlar əvvəldən potensial xaindirlər və hakimiyyəti ələ keçirməklə həm də kasıb ölkə üçün əsas təhlükəyə çevrilirlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*