Zalkalianinin Azərbaycana səfər proqramı AÇIQLANDIbackend

Zalkalianinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Gürcüstan XİN rəhbəri David Zalkalianinin Azərbaycana səfər proqramı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib.

Qeyd olunub ki, 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək Zalkaliani xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Səfər zamanı Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşü keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*