“Paşinyan manipulyasiyaya əl ataraq danışıqlar prosesini Azərbaycanın xeyrinə şərh edir. O, Ermənistan və “Artsax”ın maraqlarını qorumaq üçün yarana biləcək gələcək imkanları ciddi təhlükə altına atır. Birmənalı şəkildə deyə bilərəm ki, Paşinyan Azərbaycanın maraqları ilə birləşib. Buna heç bir şübhə yoxdur”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim Var” fraksiyasının rəhbəri Artur Vanetsyan səsləndirib:
“Bu gün bir şey göz qabağındadır. Paşinyan və komandası dərhal getməlidir. Onlar nəinki dövlətimizi dağıdıb, dövlətçiliyin əsaslarını sarsıdıblar. Hər gün, hər saat bizim gələcəyimizi, övladlarımızın gələcəyini məhv etməkdə davam edirlər. Bu gün onların bəyanatlarına və hərəkətlərinə görə “Artsax”ın hüququ sual altındadır. Əminəm ki, zaman keçdikcə Ermənistanın mövcud olmaq hüququ da məhv ediləcək” – Artur Vanetsyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az