“Rusiya hərbçiləri Ukraynanın Rusiyadakı hərbi hava bazalarına hücumlarına “lazımi vaxtda” cavab verəcəklər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Paytaxt Moskvada jurnalistlərlə keçirilən brifinqdə gündəmi dəyərləndirən Peskov Ukraynanın Bryansk və Kursk vilayətlərindəki hədəflərə endirdiyi hücumların Putin və Tramp arasında müzakirə olunduğunu açıqlayıb.
O, vəziyyətin diqqətlə izlənildiyini və cavab tədbirlərinin zamanında həyata keçiriləcəyini vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az