Zaqatalada 68 yaşlı kişini maşın vurdubackend

Zaqatalada 68 yaşlı kişini maşın vurdu

Zaqatalada 68 yaşlı kişini maşın vurub.

 

KONKRET.azxəbər verir ki, hadisə mayın 23-ü axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Rayonun Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarət alan U. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*