Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
21:38
Piyadanı avtomobil vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə Zaqatala rayonunun Faldar kəndi ərazisində baş verib.
Beləki, Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.