Zara geyimləri yenidən Rusiyada peyda olubbackend

Zara geyimləri yenidən Rusiyada peyda olub

İspaniyanın Inditex brendinin ölkədən çıxmasına baxmayaraq, Zara geyimləri yenidən Rusiyada peyda olub.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times yazıb. Şirkətə məxsus digər markalara Bershka, Massimo Dutti və Stradivarius da daxildir. Nəşrin iddiasına görə, bu brendlərin məhsulları Rusiyaya idxal edilərək “Tvoe” mağazalar şəbəkəsində satışa çıxarılır. Mənbə qeyd edir ki, məhsullar Inditex-in əvvəlki mövsümlərinə uyğun gəlir və şirkətin rəsmi etiketlərini daşıyır.

Financial Times bununla bağlı, o cümlədən, bir rus şirkətinin “uyğunluq deklarasiyaları”na istinad edir. Həmin sənədlərdə Inditex təchizatçı kimi göstərilir. Bununla belə, brendlərin ispan sahibi şirkət adından fəaliyyət üçün belə icazələr vermədiyini bildirib.

“Tvoe” mağazalar şəbəkəsi isə bildirir ki, onların Inditex qrupuna daxil olan şirkətlərlə birbaşa təchizat müqavilələri yoxdur və hazırkı kontraktlarla bağlı məxfilik sazişlərinə istinad edirlər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*