Hüquq müdafiəçisi Zara Hovannisyan özünün facebook səhifəsində dünən Aşotsk rayonunun Böyük Sepasar qəsəbəsində bir gənc qadının intihar etməsinə diqqəti çağıran bir yazı yerləşdirib. KONKRET.az onun statusunu təqdim edir:
O bildirib ki, “Buna görə işimi iyrənc adlandıranlar, diqqətlə oxuyun. 27 yaşlı gənc bir bir qadının özünü asaraq öldüyü ilə maraqlanmırsınız”.
İcma rəhbərinin sözlərinə görə, gənc qadın Spitakda evlənib. Təxminən bir ay əvvəl əri onu anasının yanına Böyük Sepasara gətirib və iki övladını onunla əlaqə qurmaqdan məhrum edib:
“Bu unikal bir hal deyil. Hal-hazırda bir çox analar əziyyət çəkirlər və müvafiq orqanların ədalətli rəftarını gözləyirlər, lakin həm qəyyumluq orqanları, həm də məhkəmələr, eləcə də hüquq-mühafizə orqanları təəssüf ki, anaların uşaqları üzərində hüquqlarını tanımamaqla onları çətin vəziyyətdə qoymaqda davam edirlər.
Həyatı intiharla başa çatan Emma haqqında danışmaq istəyirəm.
2000-ci ildən ailəlidir. Nikah valideynlərin tövsiyəsi ilə kəsilib. Emmanın 2004-cü ilə qədər iki övladı olub – bir qız və bir oğlan.
2004-cü ildən ərinin bacısı Rusiyadan qayıtdıqdan sonra ailədə qalmaqal yaranıb. Bir neçə dəfə Emma məişət zorakılığı nəticəsində atasının evinə qayıdıb, əri ilə barışıb və sonra geri dönüb. Emma 2009-cu ildə üçüncü uşağını dünyaya gətirsə də, ona qarşı zorakılıq davam edib. Qayınanası və əri nevroloqdan onun dərin bir depressiya keçirdiyi haqqında arayış alıb. Beləliklə, zor gücü ilə Emma Sevan psixiatrik xəstəxanasına yerləşdirilib.
Əri uşaqları Emmadan alıb, ona qarşı iddia qaldırıb, nəticədə uşaqlar anasından uzaq düşüb. Ər uşaqlarıyla birlikdə Xarberd şəhərinə köçüb, yenidən evlənib və başqa qadından bir övladı da var.
Emma atasının Martunidəki evində yaşayırdı. Bir müddət sonra böyük oğlu gizli şəkildə anasına telefonla danışmağa başlayıb. Digər bir telefon danışığı zamanı ata oğluna qəzəblənib və həmin gündən o, anası ilə əlaqəni kəsib. Emma uşaqlarını heç görməyəcəyini düşünərək özünü asaraq intihar edib.
Budurmu ƏDALƏT?!” -, deyə Zara Hovannisyan erməni vətəndaşlarına və hakimiyyətə çağırış edib.