Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏbackend

Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏ

Teleaparıcı Zaur Baxşəliyevin adından şair İlhamə Elşadqızına qarşı saxtakarlıq edilib.

KONKRET.AZ Milli.Az-a istinadən xəbər verir ki, İlhamə xanım baku.ws-ə açıqlamasında Zaur Baxşəliyevin adı və fotosu ilə açılan “Facebook” profilini idarə edən şəxs tərəfindən aldanıldığını bildirdi:

“Özünü Zaur bəy kimi təqdim edən dələduz mesaj bölümündə mənə yazaraq hazırda yeni xeyriyyəçilik layihəsi üzərində işlədiyini və bunun üçün izləyiciləri çox olan ictimai insanların səhifələrinə ehtiyac olduğunu bildirdi. Səhifəmdə xeyriyyəçi paylaşımlar etmək üçün məndən şəxsi profilimin email ünvanımı və şifrəsini istədi.

Əvvəlcə tərəddüd etdim, vermək istəmədim. Dedim ki, nə lazımdırsa verin, özüm paylaşaram. Sonra görüntülü danışmaq istədiyimi bildirdim. “Zaur Baxşəliyev” cavab verdi ki, elə yerdəyəm, danışa bilmərəm. Nə isə, Zaur bəyin efirdə minlərlə insana yardım etdiyinin şahidi olduğumdan inandım və səhifəmin şifrəsini verdim. Şifrəmi verəndən sonra səhifəmə girə bilmədim. Bir sözlə, məni aldatdılar. 4980 dostumun olduğu səhifəmi mənimsədilər”.

İ.Elşadqızı qarşılaşdığı dələduzluqla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yazılı şəkildə müraciət edib:

“6 noyabr tarixindən bəri səhifəmə girə bilmirəm. Facebook dostlarımı itirməyim ayrı dərd, məni daha çox narahat edən başqa məqamdır. Səhifəmlə dələduzluq edib, insanları aldada bilərlər. Cinayət törədərlər. Mən bunlardan qorxuram. Bütün bunların qarşısını almaq məqsədilə polisə müraciət etdim. Söz verdilər, saxtakarı axtarıb tapacaqlarına söz verdilər. Gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*