Zaur Məhərrəmov vəfat etdibackend

Zaur Məhərrəmov vəfat etdi

Rejissor, ssenarist, kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

Zaur Məhərrəmovun uzun illərdir yaşadığı və çalışdığı Türkiyədə vəfat etdiyi bildirilib.Qeyd edək ki, Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda anadan olub. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında assistent kimi işə başlayıb. Bir neçə sənədli filmin rejissorudur. “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və s. bədii filmlərin quruluşçu operatoru olub. 80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə “Yaddaş” studiyasını yaradaraq, həmin studiyada “Bakı balkonları”, “Köç”, “Üzeyir Hacıbəyov”, “Həbib və Gülxanım” və s. filmlərini ərsəyə gətirib. Türkiyənin Anadolu Universitetinin kino və televiziya bölməsində müəllim kimi fəaliyyətini davam etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*