Zaxarova: “Moskva Belarusdakı vəziyyətdən narahatdır” – VİDEObackend

Zaxarova: “Moskva Belarusdakı vəziyyətdən narahatdır” - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın prezident seçkilərindən sonra Belarusdakı vəziyyətdən narahat olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Biz son günlər Belarusda baş verən hadisələri yaxından izləyirik. Prezident seçkilərindən sonra asayişin pozulması ilə bağlı bir sıra Belarus şəhərlərinin küçələrində baş verən hadisələr bizi narahat edir” deyib.

O həmçinin qeyd edib ki, Rusiya Belarusdakı vəziyyətin sabitləşməsində maraqlıdır.

“Öz növbəmizdə biz bütün tərəfləri təmkinli və ehtiyatlı olmağa çağırırıq. Belarusdakı sabit daxili siyasi vəziyyətə marağımızı təsdiqləyirik. Ümid edirik ki, tezliklə ölkədəki vəziyyət normallaşacaq və hər şey öz qaydasına düşəcək” bildirib.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra kütləvi etirazlar davam edir.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*