Zaxarova: “Türkiyə və ya başqa ölkənin vasitəçiliyindən söhbət gedə bilməz”backend

Zaxarova: “Türkiyə və ya başqa ölkənin vasitəçiliyindən söhbət gedə bilməz”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna və Rusiya arasında planlaşdırılan görüşlərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Zaxarova vurğulayıb ki, Türkiyə də daxil olmaqla, heç bir ölkənin bu danışıqlarda vasitəçi qismində iştirakı nəzərdə tutulmur:

“Rusiya və Ukrayna arasında aparılacaq danışıqlarda Türkiyə və ya başqa hər hansı bir dövlətin vasitəçiliyindən söhbət gedə bilməz.”

Bu açıqlama, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan nümayəndələrin görüşlərin keçiriləcəyi tarixdə İstanbulda olacağı ilə bağlı yayılan məlumatlara cavab olaraq verilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*