Zaxarova Ukrayna müdafiə nazirini tənqid etdi, lakin Şoyqu və Belousovu “unutdu”backend

Zaxarova Ukrayna müdafiə nazirini tənqid etdi, lakin Şoyqu və Belousovu “unutdu”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna müdafiə naziri Rustem Umerovu heç vaxt ordu sıralarında xidmət etmədiyinə görə tənqid edib.

KONKRET.az xəbər verir ki, Zaxarova bildirib ki, Umerov əvvəllər yalnız telefon şirkətində menecer işləyib, hərbi təcrübəsi yoxdur. Bu sözləri o, NATO-nun yeni baş katibi Mark Rüttenin “Ukrayna nümayəndə heyəti ciddi idi, Rusiya nümayəndəliyində isə hansısa tarixçi vardı” fikrinə cavab olaraq deyib.

Zaxarova əlavə edib ki, Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski “alim və dövlət xadimidir”.

Lakin o, tənqid etdiyi məsələni keçmiş müdafiə naziri Sergey Şoyqu və hazırkı nazir Andrey Belousovun da ordu sıralarında heç vaxt xidmət etməməsi faktını qeyd etmədən deyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*