Zaxarova Zelenski barədə: “Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!”backend

Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"

“ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Volodimir Zelenskinin 2022-ci ildə Ukraynanın tək qalması ilə bağlı sözlərindən sonra güclü təmkin nümayiş etdirdilər”.

KONKRET.az-ın TASS-a istinadən bildirdiyinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Düşünürəm ki, Zelenskinin bütün yalanları içində ən böyük yalanı Ağ Evdə Kiyev rejiminin 2022-ci ildə tək qaldığı və dəstək almadığı ilə bağlı etdiyi bəyanatdır. Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar – bu, güclü təmkinlilik göstəricisidir”, – diplomat “Telegram” kanalında yazıb.//Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*