Zaxarovadan Zelenskiyə kəskin CAVABbackend

Zaxarovadan Zelenskiyə kəskin CAVAB

Rusiya heç vaxt kosmik qələbələrin şöhrətini mənimsəmədi. Peyklər, raketlər və Qaqarinin təbəssümü hamısı ümumi idi və SSRİ-nin bütün 15 respublikasına məxsus olub: Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniyaya. Alimlər, işçilər, müəllimlər, həkimlər, əsgərlər, inanılmaz bir hədəfi fəth etmək üçün çalışan hər kəs hamıya məxsus olub.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə cavabında deyib.

Onun sözlərinə görə, əslində Ukrayna rəhbərliyi tamamilə fərqli nailiyyətləri ilə tanınır:

“Çox təəssüf ki, müasir Kiyev rejiminin ən parlaq nailiyyətləri – yenilməz qəzəb, rusofobiya və millətçi ideologiyanın nasist rəmzləri ilə reinkarnasiyasıdır”.

Qeyd edək ki, Zelenski Y.Qaqarinin kosmosa tarixi uçuşunda ukraynalı dizaynerlərin mühüm rol oynadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*