“Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyi Moskva üçün mütləq prioritetdir”.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, “Rusiya regionda sabitlik üçün hər şeyi etdi”.
Nazirlik rəsmisi Suriyadakı rusların təhlükəsizliyi üçün lazım olan hər şeyin edildiyini bildirib və ölkədə müxtəlif qüvvələrin nümayəndələri ilə təmasda olduqlarını vurğulayıb.
“Hazırda burada dramatik bir vəziyyətlə üzləşmişik və hadisələrin “tamamilə faciəvi” olmaması üçün əlimizdən gələni edirik. Bu ölkədə vəziyyətin sabit olduğu bir ilin adını çəkə bilməzsiniz. Bu, resurslarla zəngin, maraqların kəsişdiyi bölgədir, logistika və resurslar baxımından hər şeyin regional və qlobal kəsişmə nöqtəsidir. Suriyadakı vəziyyət heç vaxt sabit olmayıb. Ölkəmiz tarixən bu bölgəyə sabitlik gətirmək üçün hər şeyi edib və bunu bilavasitə Suriya xalqının maraqlarına uyğun edib. Təbii ki, bu ölkədəki sabitliyi pozmağa heç vaxt cəhd etməmişik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az