Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gələcək danışıqlarda Avropanın mövqeyi nəzərə alınmalıdır.
KONKRET.az xəbər verir ki, bunu o müraciətində bildirib.
“Avropanın səsi proseslərə təsir göstərməlidir. Biz Avropa liderləri ilə danışıqlar və görüşlərimiz zamanı mövqelərin razılaşdırılması üçün anlaşma əldə edirik. Hər birimizin digər liderlərlə işi, Avropa mövqelərinin qorunmasına yönəlməlidir. Biz qitə daxilində bir sıra görüşlər planlaşdırırıq”, – deyə Zelenski xalqa müraciətində qeyd edib.
Natiq Səlim,
KONKRET.az