Zelenski AĞ EVDƏ – FOTO / YENİLƏNİBbackend

Zelenski AĞ EVDƏ - FOTO / YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə gedib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskini Ağ Evdə ABŞ Prezidenti Co Bayden və xanımı Cil Bayden qarşılayıb.

Qəbuldan sonra Bayden və Zelenskinin ikitərəfli görüşü olub. İkitərəfli görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra Zelenski Konqresin birgə iclasında üzvlər qarşısında çıxış edəcək.

Qeyd edək ki, bu, Ukrayna Prezidentinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, ölkəsindəki müharibənin başlamasından sonra isə ilk səfəridir.

23:29

Vaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

22:18

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin paytaxtı Vaşinqtona çatıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin təyyarəsi Vaşinqton vaxtı ilə saat 12:30 radələrində paytaxt yaxınlığındakı aviabazaya eniş edib.

Belə ki, Prezident ABŞ-yə xüsusi hərbi təyyarə ilə səfər edib.

Qeyd edək ki, yaxın saatlarda Zelenski və ABŞ-li həmkarı Cozef Bayden arasında mətbuat konfransının olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*