Ukrayna Prezident Aparatı sədrinin müşaviri Mixail Podolyak hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Belarusa səfəri zamanı “tərəfdaş”ı olan Lukaşenkonu hücuma sövq edəcək.
KONKRET.az-ın məlumatına görə, Podolyak bildirib ki, bu gün Putinin statusu çox zəifləyib:
“Hazırda o, kiminsə hüzuruna gedib soruşan adamdır. Putin heç kimə şərtlər diktə etmək iqtidarında deyil. Bəli, o, hələ də öz şərtləri ilə müharibəni bitirməyə ümid edir. İntellektual qabiliyyəti zəif, reallıqdan tamamilə uzaq olan bir şəxs…” – deyə Podolyak əlavə edib.
O bildirib ki, Putin Belarusun siyasi baxımdan bir dövlət kimi məhv olmasını istəyir.
Rusiya prezidenti ilə Lukaşenkonun Minskdə gözlənilən görüşünü şərh edən Podolyak qeyd edib:
“Gündəm (görüşlər – red.) tamamilə banaldır: Belarus tərəfindən istənilən formada hücuma maksimum dəstək. Bu, informasiya kampaniyaları, təlim tədbirləri, yaxud da işğala sövq etmək ola bilər” – deyə Podolyak qeyd edib.
Ukrayna Prezident Aparatı sədrinin müşaviri vurğulayıb ki, Lukaşenkonun müharibədə bilavasitə iştirakı özü üçün intihar hökmü imzalaması olacaq.
Günel Mikayılova,
KONKRET.az