Zelenski ailəsinin harada olduğunu açıqladıbackend

Zelenski ailəsinin harada olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ailəsinin harada olduğunu açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu haqda bu gün keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə Ukraynada universitetdə dərslərdə iştirak edir.

“Onların burada olduqlarına görə şadam”, – Zelenski əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukrayna Prezidenti ailə üzvlərini xaricə aparmaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, övladlarının ölkə üçün belə ağır bir vaxtda “xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsi” ədalətsizlik olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*