Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasının rəhbəri Antonio Kosta ilə Ukraynaya dəstək tədbirlərini müzakirə edib.
KONKRET.az “Gazeta.Ru”-ya istinadən xəbər verir ki, bu barədə Zelenskinin “Telegram”-kanalında məlumat verilib: “Görüş zamanı biz Ukraynanı necə gücləndirəcəyimizi müzakirə etdik. Əsas mövzular arasında Ukraynanın enerji infrastrukturunun qorunması və yerli müdafiə istehsalının artırılması var”, – deyə Zelenski yazıb.
Koşta bildirib ki, Ukrayna Avropa İttifaqının (Aİ) dəstəyinə arxalana bilər. O vurğulayıb ki, Brüssel Kiyevə yardım məsələsində son dərəcə konkret olmalıdır. Dekabrın 19-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Qərb dövlətləri Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyi dayandırmalıdır. O, sözlərini Rusiya lideri Vladimir Putinin guya münaqişənin sülh yolu ilə həllinə səy göstərməməsi ilə izah edib.
Vəli Həsənoğlu,
KONKRET.az