Zelenskinin ofisi: “Baxmut ələ keçirilməyib” – YENİLƏNİBbackend

Zelenskinin ofisi: "Baxmut ələ keçirilməyib" - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutun işğal edilməsini inkar edib.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Nikiforov Zelenskinin ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı jurnalistlərlə söhbətinin görüntülərini yayımlayıb.

Jurnalistin, “Ruslar Baxmutu götürüblər” sualına Zelenski, “Düşünürəm ki, yox” cavabını verib.

“Baxmut dağıdılıb. Ondan çox az şey qalıb. O bizim qəlbimizdədir”, – Zelenski əlavə edib.

Qeyd edək ki, “Röyter” agentliyi Zelenskinin Baxmutun işğalını etiraf etdiyini bildirmişdi.

10:57

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutun ruslar tərəfindən işğalını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, G7 sammiti zamanı Zelenskidən Baxmutun Kiyevin nəzarətində olub-olmaması ilə bağlı soruşublar:

“Fikrimcə yox. Bu gün Baxmut bizim ancaq qəlbimizdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*