Zelenski: “Cəbhədəki vəziyyət son üç ayda olduğundan qat-qat yaxşıdır” backend

Zelenski: "Cəbhədəki vəziyyət son üç ayda olduğundan qat-qat yaxşıdır" 

Prezident Vladimir Zelenski Fransanın BFM televiziya şirkətinə müsahibəsində bildirib ki, Ukrayna hərbçiləri Rusiya ordusunun ölkənin şərqindəki hücumunu dayandıra bilib.

KONKRET.az xəbər verir ki, Zelenski bunları deyib: “Cəbhədəki vəziyyət son üç ayda olduğundan qat-qat yaxşıdır.  Bununla belə, Ukrayna Silahlı Qüvvələri kifayət qədər dəstək almasa, vəziyyət “bir ay və ya bir həftəyə” dəyişə bilər”.

Qərb mətbuatının yazdığına görə, ABŞ Konqresinin Kiyevə yeni hərbi yardım paketini tez bir zamanda təsdiq etmək istəməməsi və Avropa İttifaqı ölkələrinin hərbi yardımla bağlı verdiyi vədləri yerinə yetirə bilməməsi fonunda Ukrayna kəskin sursat çatışmazlığı yaşayır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*