Zelenski: “Ədalətli sülh yalnız Putindən sonra gələcək, lakinbackend

Zelenski: “Ədalətli sülh yalnız Putindən sonra gələcək, lakin..."

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın RTL telekanalına müsahibəsində Rusiya ilə mümkün atəşkəs və sülh perspektivlərindən danışıb.

KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna üçün əsl ədalətli sülh yalnız Vladimir Putindən sonra mümkündür.

“Biz mütləq ədalətli sülhə nail olacağıq, çox güman ki, bu, yalnız Putindən sonra baş verəcək. Amma sülh, hansı ki atəşkəslə başlayır və tədricən davamlı sülhə gətirib çıxarır – bax, belə bir sülh sabah da başlaya bilər.”

Ukrayna lideri beynəlxalq ictimaiyyəti və tərəfdaşlarını bu prosesin başlanması üçün daha fəal mövqe tutmağa çağırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*