Zelenski ərazi güzəştinə razıdır: iki şərti varbackend

Zelenski ərazi güzəştinə razıdır: iki şərti var 

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi əraziləri güzəştə gedə bilər.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Zelenski artıq Rusiyanın nəzarətində olan ərazilərlə bağlı güzəştlərə getməyə hazırdır. Məlumata görə, bu plan Avropanın dəstəklədiyi sülh təşəbbüsünün bir hissəsidir. Kiyevin mövqeyində yumşalmanın ABŞ və Rusiya arasında Alyaskada keçiriləcək sammitdən öncə baş verdiyi deyilir.

Qeyd edilir ki, Ukrayna yalnız təhlükəsizlik sahəsində aydın və konkret təminatlar əldə edəcəyi təqdirdə sülh sazişinə razı ola bilər. Söhbət Qərb silahlarının təchizatının davam etdirilməsindən və Ukraynaya NATO-ya üzvlük perspektivlərinin açıq şəkildə təqdim olunmasından gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*