“Zelenski Ərdoğanın dinc dialoq təşəbbüslərini rədd etdi”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.
O bildirib ki, Rusiya bəzi şərtlərlə razılaşıb.
“Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə sülh dialoqunun təşviqi ilə bağlı bəzi təşəbbüslərlə razılaşdı. Lkin Volodimir Zelenski bunları rədd etdi. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla danışıqların yekunu olaraq, Ərdoğan bir daha dövlət başçısına dinc dialoqun təşviqinə yönəlmiş bəzi təşəbbüslər təklif etdi”, – o vurğulayıb.
Qeyd edək ki, Matvienko Rusiya parlamentinin yuxarı palatasının nümayəndə heyətinin başçılığı ilə fevralın 26-27-də Türkiyədə rəsmi səfərdədir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sükan Valiya ilə heç görüsmək lazım deyil.30 illik müharibədə bir dəfədə bizi müdafiə etməyib.Onun Türkiyəyə gəlməsi rus demişkən “ajivkadır” dır.